“A-92″ növ benzin və dizel bahalaşmayacaq…” – DEPUTAT – RƏY(LƏR)

“Premium Euro-95” və “Super Euro-98” markalı yanacaq idxal edildiyi üçün onların qiyməti dövlət tərəfindən tənzimlənmir

Eldəniz Səlimov:”Bu məsələ ətrafında hay-küy qaldıranların cəhdləri, hay-küyləri elə özlərinə qalacaq, yenə  fiaskoya uğrayacaqlar”

“Premium Euro-95” və “Super Euro-98” markalı yanacaq ölkəyə idxal edilir və bu səbəbdən də onların qiyməti dövlət, komkret olaraq, Tarif Şurası tərəfindən tənzimlənmir. Odur ki, sözügedən markalardan olan yanacağın-benzinin son qiymət artımı heç bir şəkildə dövlətlə əlaqələndirilə,  hökumət tərəfindən atılan addım kimi dəyərləndirilə bilməz. Dövlət bu məsələyə qarışmır və qeyd edim ki, bu məsələ ətrafında da bəzi media orqanlarında, sosial şəbəjkəklərdə gedən əsassız müzakirələrə ehtiyac yoxdur. Onlar həqiqəti əks etdimir, insanlarda çaşqınlıq yaratmaq məqsədi güdür.

Bunu Etikxeber.az-a açıqlamasında milət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili qeyd edib ki, insanlarda, vətəndaşlarda, cəmiyyətdə heç bir səbəb və əsas olmadan ajiotaj yaratmağa ehtiyac yoxdur və bu yöndə cəhdlər hər kəs tərəfindən qınanılır, qınanmalıdır:

“İnsanlarımız, vətəndaşlarımız da şükürlər olsun ki, kifayət qədər ayıq-sayıqdırlar, dövlətlərinə bağlıdırlar, artıq kimlərinsə oyunlarına gəlmirlər, əksinə, “oyun” oynamaq, “bulanıq suda balıq tutmaq” istəyinlərin oyunlarını da daim pozmaqdadırlar. Azərbaycan vətəndaşı hər şeyi yaxşı görür, ağı qaradan gözəl ayırd edir. Ona görə bu məsələ ətrafında da hay-küy qaldıranların cəhdləri, hay-küyləri elə özlərinə qalacaq, yenə də fiaskoya uğrayacaqlar”.

eldeniz salimovvv

aydin huseynov 2156564

Digər millət vəkili Aydın Hüseynov da mətbuata açıqlamasında bu yöndə ciddi narahatçılığıa və təşvişə əsas görmədiyini bildirib. Millət vəkili iddia edib ki, Azərbaycanda sürücülərin istifadə etdiyi ümumi avtomobillərin cəmi 5 faizi “Premium Euro-95” və “Super Euro-98” markalı yanacaqdan istifadə etdiyi üçün xidmət sahələrinə benzinin qiymətinin artması xidmət sahələrinə heç bir təsir göstərməyəcək.

Deputat mətbuata açıqlamasında əlavə edib ki, həmin növ yanacaqlar xaricdən alındığı üçün qiymət artımı qaçılmazdır:”Həmin yanacaqlar xaricdən alındığı üçün qiymət hər zaman dəyişə bilər. Bu bizdən asılı olan məsələ deyil. Həmin növ benzini satan ölkə qiyməti təyin edir. Ölkəmizdə ən çox istifadə olunan yanacaq dizel və A-92 növ benzindir.Ölkədə olan avtomobillərin 95 faizi bu növ yanacaqlarla işləyir.Ona görə də bu qiymət artımı xidmət sahələrinə təsir göstərməyəcək”.

A. Hüseynov həmçinin, “A-92” növ benzin və dizelin bahalaşmayacağını bildirib.

“Həmin növ yanacağın qiymətinin qaldırılması gözlənilən deyil.Çünki o yanacaqlar ölkəmizdə istehsal edilir. Yaxın günlərdə A-92 növ benzinin qiymətinin qalxmasını gözləmirəm.Ümumilikdə isə qiymət artımı bazarın konyukturasından asılıdır və buna görə tənzimlənir”-deyə, mətbuata açıqlamasında sonra bildirib.

Etikxeber.az

Read Previous

Bu, açıq şəkildə ölkədə xaos yaratmağa cəhddir – REZİDENTİN SÖZÇÜSÜ

Read Next

Artıq ABŞ-n maraqları baxımıdan təktərəfli yollar olmayacaq – TRAMPDAN YENİ TƏHDİD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir