“ABB idarə olunacaq səviyyəyə qədər kiçildilib…” – Rüfət Aslanlı

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) sağlamlaşdırılması tədbirləri 2017-ci ildə də davam etdiriləcək.

Etikxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

“Bankın kapitalının daha dayanıqlı, aktivlərinin keyfiyyətinin daha da sağlamlaşdırılması, ən əsası isə bankın daha dayanıqlı gəlir generasiya edə bilməsi üçün institusional təkmilləşdirmə proqramımız var. Hazırda 2017-ci il üçün bu proqram bankın menecmenti və əsas səhmdarı olan Maliyyə Nazirliyi ilə birgə hazırlanıb Palataya təqdim olunub. Bu gün gələn il görüləcək işlərin müzakirəsi davam etdirilir. Əminik ki, bu tədbirlərin həyata keçirilməsi 2017-ci ildə ABB-nin sağlamlaşdırılması prosesinin başa çatdırılmasını təmin edəcək. Hazırda ABB idarə olunacaq səviyyəyə qədər kiçildilib, onun müəyyən aktivləri, öhdəlikləri bank sektorunun digər təmsilçilərinə ötürülür”– deyə, Rüfət Aslanlı bildirib.

Etikxeber.az

Read Previous

Binəli Yıldırım: 8 adam həyatını itirib

Read Next

“Turistlərə sərhəddə deyil, istənilən yerdə xoş münasbət bəsləməliyik” – Vəkil Hacıyev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir