Abbaszadə:”Bizə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alındı”

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə noyabrın 24-də Saatlıda vətəndaşları qəbul edib.

Etikxeber.az xəbər verir ki, rayondakı Gənclər Mərkəzində keçirilən qəbulda Şirvan şəhəri, Saatlı, Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonlarından olan vətəndaşlar iştirak edib.

Görüşdə əsasən tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbulla bağlı müraciətlər olunub.

Qəbula gələn vətəndaşlar Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri tərəfindən diqqətlə dinlənilib. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qismi barədə vətəndaşlara ətraflı izahat və məsləhətlər verilib. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Etikxeber.az

Read Previous

Millimiz FİFA reytinqində 2 pillə gerilədi

Read Next

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir