“Abdullam-tək övladım düz 12 ildən sonra dünyaya gəlmişdi…O da Vətən yolunda getdi…”-CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ, 21 YAŞI TAMAM OLAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ABDULLA ƏHMƏDOVUN ANASI – FOTOLAR – YENİLƏNİB

Bu gün Sumqayıt şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Abdulla (Mir Abdulla) Hacı Əhməd oğlu Əhmədovun doğum günüdür.

Abdulla Əhmədovun bu gün 21 yaşı tamam olur.

Bu, həm də Şəhidin Onsuz qeyd edilən və Cənnətdəki üçüncü doğum günüdür.

Etikxeber.az xəbər verir ki, əslən Xızılı olan Abdulla Əhmədov 2002-ci ilin mart ayının 12-də, Sumqayıt şəhərində dünyaya gəlib.

Evin-ailənin tək övladı olub.

2019-cu ildə orta məktəbi bitirib.

Bir neçə ay sonra, 2020-ci ilin may ayının 5-də həqiqi hərbi xidmətə yollanıb.

İkinci Vətən Müharibəsində isə Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

Və müharibənin 5-ci günündə, oktyabr ayının 1-də-Suqovuşanda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 9 gün sonra, oktyabrın 10-da Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra cəmi iki medalla-“Vətən uğrunda” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəsi, valideynləri isə övladlarının digər medallarla və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edirlər.

18 yaşında Şəhidlik məqamına ucalan Abdulla həm də subay olub.

Anası Validə xanımın dediklərindən:

“Abdulla tək oğlumuz, tək övladımız idi…Özü də düz 12 ildən sonra dünyaya gəlmişdi, düz 12 ildən sonra Allah onu bizə bəxş etmişdi…O da, balamız da Vətən yolunda getdi, Şəhid oldu…”

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Sumqayıt şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məzarı başında çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Sonra Sumqayıtdakı “Love” şadlıq sarayında Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim keçirilib, adına ehsan verilib.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Mərasim zamanı həmçinin, Şəhidin ruhuna bir daha dualar oxunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik edilib.

Mərasimdə Şəhidlərə həsr olunmuş mahnılar, İlahilər ifa edilib.

Şəhidin məzarını ziyarət və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Abdulla Əhmədovun valideynləri, yaxınları, Şəhid ailələri, Qazilər, din xadimləri, məktəblilər və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 21 yaşı mübarək olsun!

Nur içində uyusun!

17:55

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 36 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

“Evlənməkdən söz düşəndə həmişə gülə-gülə deyirdi ki, atam gec evlənib, mən də gec evlənəcəyəm, 30 yaşımda ailə həyatı quracağam…Amma…”-ALİ TƏHSİLLİ, 27 YAŞINDA ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLƏN ƏBİL CƏBİZADƏNİN ANASI İRADƏ CƏBİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir