Abituriyentin 596 bal toplaması saxtadır – MƏLEYKƏ ABBASZADƏ

Abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması ilə bağlı iddia qəbul olunmur.

Etikxeber.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması, lakin bu balla ali məktəbə qəbul ola bilməməsi barədə iddialarına münasibət bildirərkən deyib.

M.Abbaszadə qeyd edib ki, Mərkəzə nəticələrin saxtalaşdırılması ilə əlaqədar heç bir müraciət daxil olmayıb:

“Həm valideyn, həm də abituriyentin kifayət qədər vaxtı olub ki, balların saxtalaşdırılıb-saxtalaşdırılmaması ilə bağlı məlumatları ictimailəşdirsin. Mərkəzin nüfuzuna zərbə vurduğu üçün və sosial şəbəkələrdə bu yalan məlumatı yaydığı üçün ekspert Kamran Əsədov məhkəməyə veriləcək”.

M. Abbaszadə sonra qeyd edib ki, ancaq dövlət sifarişli yer seçən abituriyentlər arasında ali məktəbə qəbul ola bilməyənlər var.

Onun sözlərinə görə, buna səbəb abituriyentlərin yalnız bir neçə və keçid balı yüksək olan ixtisas seçmələridir:

məleykə

“Birinci ixtisas qrupunda 540 baldan yüksək bal toplayan heç bir abituriyent kənarda qalamayıb. 530-539 bal arasında nəticə göstərən bir abituriyent, 520-530 bal arasında nəticə göstərən bir abituriyent, birinci qrupda 500-dən yuxarı nəticə göstərib, ixtisas seçimi edən yalnız iki abituriyent ali məktəbə qəbul olmayıb.

İkinci ixtisas qrupunda 490 baldan yuxarı bal toplayan və ixtsas seçimi edən hər bir abituriyent ali məktəbə qəbul olub. 28 nəfər 400 baldan çox toplasa da, ali məktəbə qəbul olmayıb. Onların da ikinci mərhələdə iştirak etmək imkanı var.

Üçüncü qrupda 500-540 arasında bal toplayan 21 nəfər ali məktəbə qəbul olmayıb. Dördüncü ixtisas qrupu üzrə müsabiqə vəziyyəti yüksək olub. Ona görə də 610 baldan yüksək nəticə göstərən hər kəs ali məktəbə qəbul olub.

600-610 bal toplayan altı nəfər ali məktəbə qəbul olmayıb, çünki onlar cəmi iki ixtisas seçiblər. 500-dən yuxarı bal toplayıb ali məktəbə qəbul olmayan cəmi 44 nəfər olub”.

Etikxeber.az

Read Previous

Abituriyentlərin yerinə tələbələri qəbul imtahanına buraxmaq istədilər – CİNAYƏT İŞİ BAŞLANILDI

Read Next

Əsgər ölümünə görə 3 nəfər həbs edildi – HƏRBİ PROKURORLUQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir