Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“ABŞ prezidenti Donald Tramp Amerika-Ərəb sammitində çox gözəl bəyanat verdi“
“Ermənilər yalnız cəbhədə vəziyyəti gərginləşdirmirlər. Onlar müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirir və cavablarını alırlar, bundan sonra da alacaqlar. Narahatlığa heç bir əsas yoxdur”.
Etikxeber.az məlumat verir, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə deyib.
Bu yaxınlarda Tbilisidə NATO Parlament Assambleyasının iclasında iştirak etdiklərini xatırladan Z.Əsgərov orada da ermənilər tərəfindən Azərbaycana qarşı böhtan xarakterli çıxışların edildiyini söyləyib:
“Lakin bizim nümayəndə heyəti onların cavabını çox gözəl verdi. Sübut edə bildik ki, Ermənistan həqiqətən işğalçı dövlətdir, Azərbaycanın torpaqlarının 20 faizini işğal edib. Bu işğal nəticəsində ökəmizdə 1 milyondan çox qaçqın və köçkün olub ki, onların da 300 min nəfəri uşaqlardır”.
Z.Əsgərov qeyd edib ki, Azərbaycan deputatları hər zaman beynəlxalq tədbirlərdə ölkəmizin həqiqətləri barədə məsələ qaldırır və ermənilərin iç üzünü açıb göstəririlər:
“Çünki bunlar elə bir tayfadırlar ki, heç nədən nəsə uydururlar, adam məəttəl qalır. Amma bizim əsaslandığımız beynəxalq, tarixi sənədlər var. Biz bu sənədlərlə də avropalı həmkarlamıza məlumatlar çatdırdıq və hazırkı vəziyyətin necə olduğunu bildirdik”.
***
Sonra ABŞ-Azərbaycan münasibətlərinə toxunan Z. Əsgərov deyib ki, ölkəmizin Amerika ilə münasibətləri hər zaman yaxşı olub:
“ABŞ prezidenti Donald Tramp Amerika-Ərəb sammitində çox gözəl bəyanat verdi”.
Onun sözlərinə görə, D.Tramp 28 may – Respublika Günü münasibəti ilə Azərbaycan Prezidenti və xalqını təbrik etdi: “XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisinə ünvanlanan məktubdan da görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır. Əlbəttə çox istərdik ki, bu, belə olsun və davam etsin”.
Z.Əsgərov qeyd edib ki, böyüklüyündün-kiçikliyindən asılı olmayaraq, bütün dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidir və kiminsə kiməsə ağıl öyrətməsi, insan hüquqları, fikir azadlığı adı altında kiminsə daxili işinə qarışması düzgün siyasət deyil.
Bunun artıq nəticə vermədiyini deyən Z.Əsgərov qeyd edib ki, dövlətlərlə sadəcə əməkdaşlıq və döstluq etmək lazımdır:
“Azərbaycan da o dövlətdir ki, onunla dostluq etmək olar. O, Avropa enerji təhlükəsilziyində mühüm rol oynayır. ABŞ-la münasibətlərimiz də həmişə yaxşı olub. Biz həmişə istəmişik ki, səmimi olaq. Amma bizə qarşı da səmimiyyət olsun. Arzu edək ki,bu səmimiyyət olacaq”.
Etikxeber.az