ABŞ Azərbaycanlıları Şəbəkəsi Türkiyəyə dəstək kampaniyasına start verib

ABŞ Azərbaycanlıları Şəbəkəsi İstanbuldakı “Vodafone Arena” stadionunun yaxınlığında və onunla yanaşı parkda törədilmiş iki terror aktının faciəli nəticələri ilə əlaqədar türk xalqına başsağlığı verib. Təşkilat, eyni zamanda, ABŞ ictimaiyyətinin və siyasi dairələrinin, o cümlədən ABŞ Prezidentinin, vitse-prezident, dövlət katibi və qanunvericilərin məlumatlandırılması kampaniyasına start verib.

Etikxeber.az-ın xəbərinə görə, şəbəkənin yaydığı müraciətdə deyilir ki, ABŞ hökuməti tərəfindən terror təşkilatlarının siyahısına daxil edilmiş Kürd Fəhlə Partiyasının (PKK) terror fəaliyyəti nəticəsində 1970-ci illərdən bu günədək Türkiyənin 30 mindən çox günahsız vətəndaşı həlak olub. Məktubda, həmçinin bildirilir ki, Türkiyə NATO-nun üzvü və terrorizmə qarşı qlobal mübarizədə əsas oyunçudur.

ABŞ Azərbaycanlıları Şəbəkəsi bu ölkənin qanunvericilərini Türkiyəni düşmənlərdən qorumağa və maliyyə vəsaitlərindən terror məqsədilə istifadə edə biləcək hər hansı qruplara dəstək göstərilməsinin qarşısının alınması üçün mümkün olan bütün tədbirləri görməyə çağırır.

Etikxeber.az

Read Previous

Millət vəkili İstanbul terraktını lənətlədi: “Türkiyəni diz çökdürə bilməyəcəklər”

Read Next

TÜRKİYEM! – Qənirə Paşayeva

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir