Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ABŞ-ın Pensilvaniya ştatında, Filadelfiya şəhərinin şimal hissəsində baş vermiş silahlı insident zamanı bir neçə polis əməkdaşı yaralanıb.
Etikxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə şəhər polisinin “Twitter” səhifəsində məlumat yer alıb.
Bildirilir ki, hüquq-mühafizə orqanı əməkdaşlarına odlu silahdan atəş açılıb.
“ABC” telekanalı bildirir ki, insident zamanı 5 polis əməkdaşı yaralanıb.
Onlardan biri başından güllə yarası alıb, onun vəziyyətinin ağır olduğu deyilir.
***
Filadelfiya ştatında cinayətkarlarla atışma nəticəsində yaralanan polislərin sayı 6-ya çatıb.
“RİA Novosti” xəbər verir ki, xəstəxanaya yerləşdirilən polislərin həyatı üçün heç bir təhlükə yoxdur.
Hadisə yerinə xüsusi təyinatlı polislər cəlb edilib.
Etikxeber.az





