Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Suriyadakı krizin (böhranın) başlamasıdan bəri bu ölkənin torpaq bütünlüyünü dəstəklədik, bundan sonra da dəstəkləməyə davam edəcəyik.
Etikxeber.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter hesabında yazıb.
“Bölgəni terrorçulardan təmizləyərək, ölkəmizin əmin-amanlığını və təhlükəsizliyini təmin etməyə qərarlıyıq.
Suriyaya da huzur, sülh və sabitliyin gəlməsinə çalışacağıq”-deyə, o, sonra yazıb.
Qeyd edək ki, Türkiyənin Suriyanın Fırat çayının şərq hissəsində antiterror əməliyyatına – “Doğu Fırat hərəkatı”na, bölgəni İŞİD, PKK-PYD terrorçularından təmizləməyə başlayacağı və bununla bağlı qısa zamanda da düyməyə basılacağı ilə bağlı bəyanatına ABŞ-dan, Tramp administrasiyasından təkpi gəlib.
“Türkiyənin addımını dəstəkləməyəcəyik və keçiriləcək əməliyyatın içində yer almayacağıq”-deyə, bildirilib.
Türkiyə isə ABŞ-ın bu mövqeyini etirazla qarşılayıb, ona sərt təpkisini göstərib, əməliyyatda qərarlı olduğunu bəyan edib.
Etikxeber.az