Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Koronavirus pandemiyasının yaratdığı qlobal fors-majorda insanlar kimi dövlətlərin də mahiyyəti üzə çıxır. Azərbaycan öz vətəndaşlarına yanaşmada bu virusun həm sağlıq, həm də dolanışıq baxımından mənfi təsirlərini maksimum azaltmağa çalışan dövlətlərin sırasında yer almaqla bərabər qlobal və regional müstəvidə də əlindən gələni edir.İqtisadi baxımdan dünyanın ən qüdrətli dövləti geosiyasi və elə həm də onun başında duranların siyasi çıxarlarına dayanaraq Dünya Səhiyyə Təşkilatına üzvülük haqqını dayandırdığı halda ölkəmiz bu quruma 5 milyon dollar verib. Qonşu Gürcüstan ilk qoruyucu maskaları məhz Azərbaycandan göndərilən 1 650 000 metr tənzifin hesabına istehsal etməyə başlayıb.
Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə sədrinin müavini Sahib Alıyev deyib.
“Gürcüstandakı səfirliyimiz Tiflis, Marneuli, Qardabani, Bolnisi və Rustavidə yaşayan sosial baxımdan həssas olan min ailəyə yardım paylayıb. Eyni zamanda, biz qonşu İrana da 5 milyon dollarlıq yardım etmişik. Amma bəzi qonşular da bu günlərdə Dağlıq Qarabağdakı qanunsuz terrorçu rejimə yanacaq və ərzaq daşıyırlar ki, hayların özlərinin sosial şəbəkədə paylaşdıqları videodan da bu açıq-aydın görünür. Demək, ABŞ və digər Qərb dövlətləri bəzi rejimləri heç də nahaqdan terroru, terrorçu qruplaşmaları dəstəkləməkdə ittiham etmirlərmiş və bu dəstək din faktoruna dayanmırmış”-deyə, o, əlavə edib.

Etikxeber.az





