Yaponiya sahillərində ABŞ esminesi ilə Filippinə məxsus yük gəmisi toqquşub.
Toqquşma nəticəsində 4 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb.
Etikxeber.az-ın məlumatına görə, bu barədə Reuters agentliyi ABŞ Hərbi-Dəniz Qüvvələrinə istinadən məlumat verib.
Məlumata əsasən, yaralılardan biri “USS Fitzgerald” esminesinin kapitanıdır. O, və daha üç hərbçi ABŞ Hərbi-Dəniz Qüvvələrinin hospitalına çatdırılıb, vəziyyətlərinin sabit olduğu bildirilir.
Yaponiya Sahil Mühafizəsi İdarəsinin məlumatına görə, qəza nəticəsində itkin düşən 7 ABŞ hərbçisinin axtarışına 5 zirehli kater və aviasiya dəstəsi cəlb edilib.
Xatırladaq ki, yerli vaxtla saat 02:30-da Yaponiyanın Yokosuka şəhərindən 103 km cənub-qərbdə ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “USS Fitzgerald” esminesi Filippin bayrağı altında üzən “ACX Crystal” yük gəmisi ilə toqquşub.
Etikxeber.az