ABŞ esminesi yük gəmisi ilə toqquşdu: Yaralanan və itkin düşənlər var

Yaponiya sahillərində ABŞ esminesi ilə Filippinə məxsus yük gəmisi toqquşub.

Toqquşma nəticəsində 4 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Reuters agentliyi ABŞ Hərbi-Dəniz Qüvvələrinə istinadən məlumat verib.

Məlumata əsasən, yaralılardan biri “USS Fitzgerald” esminesinin kapitanıdır. O, və daha üç hərbçi ABŞ Hərbi-Dəniz Qüvvələrinin hospitalına çatdırılıb, vəziyyətlərinin sabit olduğu bildirilir.

Yaponiya Sahil Mühafizəsi İdarəsinin məlumatına görə, qəza nəticəsində itkin düşən 7 ABŞ hərbçisinin axtarışına 5 zirehli kater və aviasiya dəstəsi cəlb edilib.

Xatırladaq ki, yerli vaxtla saat 02:30-da Yaponiyanın Yokosuka şəhərindən 103 km cənub-qərbdə  ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “USS Fitzgerald” esminesi Filippin bayrağı altında üzən “ACX Crystal” yük gəmisi ilə toqquşub.

Etikxeber.az

Read Previous

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir – BU GÜN

Read Next

CXP ilə AKP arasında “İŞİD qalmaqalı” yarandı, Ərdoğan isə “ƏL-İNSAF” DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir