ABŞ-ın Azərbaycandakı səfirliyi: “Zəhra və nənəsinin ölümü çox ağır faciədir”

“Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ölümü, Sərvinaz Quliyevanın isə yaralanması on illər ərzində bu münaqişədən zərər çəkən bütün insanların əziyyətləri və ölümləri kimi çox ağır faciədir”.

Etikxeber.az bildirir ki, bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulmasını şərh edərkən bildirilib.

Səfirlikdən qeyd olunub ki, həmin gün baş verən hadisə bir daha göstərdi ki, hər iki tərəf bir araya gəlməli və münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparmalıdır:

“Bu münaqişənin hərbi yolla həlli yoxdur. Məsələni irəli aparan yeganə variant danışıqlar vasitəsi ilə nizamlama yolunu tapmaqdır” – deyə, səfirlikdən bildirilib.

Etikxeber.az

 

 

Read Previous

Özdağ, Halaçoğlu, Ok da “Akşənər” deyir – TÜRKİYƏDƏ YENİ PARTİYA QURULUR

Read Next

YAP dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoymağa cagırır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir