ABŞ-ın dövlət katibi Azərbaycan xalqını təbrik etdi

ABŞ-ın dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

Etikxeber.az-ın xəbərinə görə, təbrik mətni ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində əksini tapıb.

Qeyd edək ki, dövlət katibi azərbaycanlılarla yanaşı İran, Əfqanıstan, Gürcüstan, Hindistan, İraq, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan ərazisində bu bayramı qeyd edən digər millətlərin nümayəndələrinə də təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Novruz minilliklər boyu çoxlu xalqların və cəmiyyətlərin mədəniyyət və irsinin mühüm elementi olub. Novruz qohum və dostları bir araya gətirərək, onlara keçmişi düşünmək və gələcək haqqında xəyal etmək üçün bir əsas verir. Bu, sevdiyiniz insanlarla ünsiyyət zamanıdır, istər onlar yaxın olsun, istərsə də uzaq”.

Etikxeber.az

 

Read Previous

Seçicilər deputatdan prezident və birinci xanıma nəyi çatdırmağı xahiş etdi? – FOTOLAR

Read Next

İnsanov siyasətlə məşğul olsun, olmasın? – FİKİRLƏR BİRMƏNALI DEYİL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir