“ABŞ-ın Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Aİ tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı təxribatlar törətməyə həvəsləndirir…”-MN BƏYANAT YAYDI

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (MN) bəyanat yayıb.

Etikxeber.az xəbər verir ki, bəyanatda deyilir:

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar vermişdir.

Qeyd edək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı (Aİ) tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.

Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir.

Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir”.

Etikxeber.az

Read Previous

Bəzi yerlərdə leysan yağdı, çaylardan sel keçdi-FAKTİKİ HAVA AÇIQLANDI

Read Next

“Oktyabrın 15-dən sonra Samirlə danışa, heç cür əlaqə saxlaya bilmədik…Və bir həftə sonra, oktyabrın 22-də, saat 14:30-da Şəhidlik xəbərini aldıq…”-EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, ÜÇ MEDAL VƏ BİR ORDENLİ, SİYƏZƏNLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SAMİR MURADOVUN ATASI TAHİR MURADOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir