ABŞ-ın hərbi zərbələri və taliblərin hücumu nəticəsində 50 nəfər öldü…

ABŞ hərbi hava qüvvələrinin aviazərbələri və Taliban hərəkatının hücumları nəticəsində Əfqanıstanın şərqindəki Lohar vilayətində azı 50 dinc sakin və təhlükəsizlik qüvvələrinin əməkdaşları həlak olub.

Etikxeber.az “Ria Novisti”-yə istinadla xəbər verir ki, Taliban terror təşkilatının nümayəndəsi Zəbiullah Mücahid hücum faktını təsdiqləyib.

Lakin zərərçəkənlər haqqında heç nə deməyib.

Bundan başqa Pajvak agentliyi vilayət şurasının üzvü Abdul Vəli Vəkilə istinadla xəbər verir ki, 35 təhlükəsizlik qüvvələri əməkdaşı və dinc sakin toqquşmalarda öldürülüb.

Onun sözlərinə görə, daha 15 polis işçisi ABŞ aviasiyasının zərbələri nəticəsində həlak olub.

Etikxeber.az

Read Previous

Çalışacağıq səhvsiz oynayaq – QURBAN QURBANOV

Read Next

Məhkəmə qərarlarında mülkiyyət toxunulmazlığı prinsipinə nadir hallarda rast gəlinir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir