ABŞ-ın Missisipi ştatında hərbi nəqliyyat təyyarəsi qəzaya uğradı: AZI 16 ÖLÜ – FOTO – YENİLƏNİB

ABŞ-ın Missisipi ştatında C-130 tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Etikxeber.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli Mississippi News Now telekanalı xəbər yayıb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

“World News”un verdiyi məlumata görə, təyyarədə 8 nəfər olub, onlardan 5-nin cəsədi tapılıb.

***

C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Bu barədə “Mississippi News” telekanalı xəbər verib.

Bundan əvvəl 5 nəfərin öldüyü, təyyarədə 8 ekipaj üzvünün olduğu bildirilirdi.

Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Təyyarənin göyərtəsində silah-sursatın olması yanğınsöndürənlərin işinə əlavə maneə yaradır. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

Etikxeber.az

Read Previous

Xorvat gənc Türk bayrağına hücum etdi: TUTULDU, BƏLƏDİYYƏ BAŞQANI İSƏ ÜZR İSTƏDİ

Read Next

Kılıçdaroğlu kənarda saxlandı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir