Noyabrın 5-də ABŞ İranın 700-dən çox fiziki və hüquqi şəxsinin adını sanksiyalar siyahısına daxil edəcək.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə açıqlama verən ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, 2015-ci ilin iyununda İran və “altılıq” ölkələri arasında “Birgə və Əhatəli Fəaliyyət Planı”nın imzalanmasından sonra adı sanksiyalar siyahısından çıxarılan şəxslər yenidən həmin siyahıya salınacaq.
Nazir bildirib ki, bundan başqa, daha 300 yeni ad sözügedən siyahıya daxil ediləcək.
Etikxeber.az