Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ABŞ 5 mart tarixində İran tərəfindən Naxçıvana qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyir və Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirir.
Etikxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
“ABŞ-nin Azərbaycandakı səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və hücum nəticəsində yaralanan şəxslərə tezliklə sağlamlıqlarını bərpa etməyi arzulayır”, – məlumatda deyilir.
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.
1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
Etikxeber.az





