ABŞ İstanbulda terrorçuların mümkün hücumları ilə bağlı xəbərdarlıq etdi

GECE GORUNUSU

ABŞ-ın İstanbuldakı baş konsulluğu Amerika vətəndaşlarına terrorçuların mümkün hücumları ilə bağlı xəbərdarlıq edib.

Etikxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın İstanbuldakı baş konsulluğunun rəsmi saytında dərc edilmiş məlumatda bildirilir.

“Ekstremist qruplaşmalar İstanbuldakı ABŞ vətəndaşları və digər əcnəbilərə qarşı hücumlar etmək üçün aqressiv səylər göstərməkdə davam edirlər. Bu hücumlar əvvəlcədən planlaşdırılmış şəkildə (silahlı hücum, oğurlamaq cəhdi, partlayış və digər zorakılıq aktı şəklində) heç bir xəbərdarlıq olunmadan törədilə bilər”– deyə, məlumatda bildirilir.

Baş konsulluq vətəndaşlarına Türkiyənin cənub-şərq hissəsinə və Türkiyə-Suriya sərhədinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinə səfər etməkdən çəkinməyi tövsiyə edir.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub

Read Next

Tükürpədici olay – Zərdabda ər üçüncü arvadının başını kəsdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir