“ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi müvəqqəti dayandırırsa…”-SAHİB ALIYEV

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dünənki zəngindən çıxardığım bir necə nəticə var ki,onların iki ən mühümünü bölüşürəm.

Birincisi, bu zəngin Nikol Paşinyanla telefon danışığıyla(6 mart) paralel yox, Prezident Baydenin uydurma hay soyqırımını tanımasından sonra edilməsi o deməkdir ki, rəsmi Vaşinqtonu hərəkətə gətirən bununla bağlı Azərbaycanda bütün səviyyələrdə baş qaldıran haqlı narazılıqdır.

ABŞ Azərbaycanın regiondakı rolunu düzgün qiymətləndirərək heç də düzgün olmayan hərəkətindən qaynaqlanan bu narazılığın yumşaldılıması yönündə addımlar atmağa çalışır.

Yəni, bu telefon zəngi də mahiyyətcə Baydeinin buraxdığı “tarixi səhv” öncəsi cənab Ərdoğana edilənin eynidir.

İkincisi, telefon danışığı zamanı Blinkenin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin bu il də müvəqqəti dayandırıldığını vurğulaması o deməkdir ki, 44 günlük savaşın yaratdığı reallıq ürəyindən olmasa da, ABŞ bununla barışır.

Xarıtladırıq ki, sözü gedən üzdəniraq düzəliş 1992-ci ildə “Dağlıq Qarabağın işğalı” və Ermənistana qarşı blokadaya görə tətbiq olunmuşdu.

Bax, bu faktın özü də okeanın o tayındakıların beynəlxalq hüquqa yanaşmada nə qədər sayğısızcasına davrandıqlarının və bizə qarşı necə böyük ədalətsizlik etdiklərinin bir göstəricisidir.

Torpağı işğal edilən bir ölkəni işğalda suçlandırırdılar fikir verirsinizmi?

Nə isə… əgər ABŞ Prezidenti Vətən savaşından sonra “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi müvəqqəti dayandırırsa, bu deməkdir ki, o, indiki Azərbaycan dövlətiylə 1992-ci ildəkinin arasındakı fərqi yaxşı dərk edir, bizimlə əməkdaşlığı mühüm sayır.

Və ona görə də qərbdəki bəzi çevrələrin növbəti “işğal” haray-həşirlərinə, sadəcə, çərənləmə kimi yanaşmağı üstün tutur, vəssalam!

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Read Next

“Siyasətçilər, millət vəkilləri robot deyil ki?!”-MİLLƏT VƏKİLİ – (MÜSAHİBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir