ABŞ Qarabağ münaqişəsinin həllini tapılmasına dəstəyini verə bilər – AMERİKALI GENERAL

25 il ərzində Azərbaycan regionda ABŞ-ın güclü tərəfdaşına çevrilib.

Etikxeber.az xəbər verir ki, bu sözləri ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyu Bakıda keçirdiyi brifinqdə bildirib.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan general deyib ki, səfər zamanı keçirdiyi yüksək səviyyəli görüşlərdə iki ölkə arasında uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə edilib.

Ölkəmizdə nəqliyyat sisteminin inkişaf etdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirən Darren MakDyu bu işlərin həm Azərbaycan, həm də bütün dünya iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb.

D.MakDyu ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilən sülh danışıqlarına münasibətini bildirərək qeyd edib ki, tərəflər bir araya gələrək məsələləri müzakirə etdikləri, ümumi məxrəcə gəldikləri halda, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına dəstəyini verə bilər.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub

Read Next

“Azərbaycan ABŞ-a silah satır” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir