ABŞ Rusiyaya qarşı-YENİ SANKSİYALAR – YENİLƏNİB

ABŞ bu gün Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək.

Etikxeber.az-ın xəbərinə görə,bu sözləri Ağ Evin sözçüsü Cen Psaki deyib.

Bildirib ki, bu gün Rusiya hökumət rəsmilərinin, onların ailə üzvlərinin və bu ölkəyə məxsus mailiyyə institutlarına qarşı sanksiyların tətbiq ediləcəyi gözlənilir.

Ağ Evin sözçüsü həmçinin qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər G7 və Avropa İttifaqı ilə razılaşdırılaraq tətbiq olunacaq.

07:00

***

ABŞ Rusiya Prezidenti Vladimir Putinin qızları – Katerina Tixonova və Mariya Putinaya sanksiya tətbiq edib.

ABŞ Putinin qızları ilə yanaşı, xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızına da sanksiya tətbiq edib.

Rusiyanın sabiq Prezidenti və sabiq Baş naziri Dmitri Medvedev və Baş nazir Mixail Mişustin də daxil olmaqla, Milli Təhlükəsizlik Şurasının bütün üzvlərinə sanksiyaların tətbiq olunacağı gözlənilir.

“Biz hesab edirik ki, Putinin var-dövlətinin çox hissəsi onun ailə üzvlərinin adınadır və buna görə də biz onları hədəfə alırıq”-deyə, adı açıqlanmayan yüksək səviyyəli administrasiya rəsmisi bildirib.

Etikxeber.az

Read Previous

38 yeni yoluxma-1 ÖLÜM…

Read Next

Əliyevlə Mişel yenidən-BİR ARADA – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir