ABŞ səfirliyinin Qüdsə köçürülməsi yaxşı ideya deyil – ETİRAZ

“ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi Yaxın Şərqdəki ABŞ hərbçilərinin həyatını təhlükəyə ata, sülh  prosesinə maneə törədə bilər”.

Etikxeber.az-ın “AA”-na istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət  Departamentin sözçüsü Con Kirbi deyib. Onun fikrincə, səfirliyin yerinin dəyişdirilməsi yaxşı ideya deyil: “Bu, ümumi danışıqlar prosesinə də müsbət təqsir etməyəcək”.

Qeyd edək ki, Dövlət Departamenti bu açıqlamanı yeni seçilmiş prezident Donald  Trampın ABŞ səfirliyini Qüdsə köçürəcəyi barədə bəyanatından sonra verib. Artıq  respublikaçı senatorlar səfirliyin köçürülməsi və Qüdsün İsrail paytaxtı kimi tanınmasına dair təklif irəli sürüblər, bununla bağlı qanun layihəsi hazırlayıblar.

Etikxeber.az

Read Previous

“Çelsi”-nin 13 oyunluq qələbə seriyasına son qoyulub

Read Next

Trampın şirkəti Bakının ardınca Batumidəki layihəsinə də xitam verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir