ABŞ Baxçalı ilə bağlı skandala imza atdı və İKİ DƏFƏ ÜZR İSTƏDİ…

ABŞ-ın Türkiyədəki səfirliyi  böyük diplomatik  skandala imza atıb.

Bu səbəblə ABŞ səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, laki səfir Ankaradan kənarda olduğu  üçün onun yerinə səfirliyin müşaviri adıçəkilən nazirliyə gedib.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, FETÖ/PDY terror təşkilatlarının fəallarından sayılan Ergün Babahanın sosial şəbəkədə yaydığı “Türkiyə xalqları Baxçalısız siyasi vəziyyətə hazır olmalıdır” ifadəsi ABŞ-ın Türkiyədəki Səfrliyinin rəsmi saytının “Twitter” səhifəsindən də bəyənilib.

Bu isə Türkiyədə  çox ciddi rezonans yaradıb,  kəskin etirazlara səbəb olub.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu KİV nümayəndələrinə açıqlamasında  ABŞ səfirliyinin müşavirinin bu halın yanlışlıqla baş verdiyini, düzəliş olacağını və mövzuya dair açıqlama veriləcəyini ifadə edib.

Qeyd edək ki, bundan sonra həmin paylaşım səfirliyin “Twitter” səhifəsindən silinib və iki dəfə dalbadal üzrxahlıq ifadə edilib.

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sentyabrın 23-də xəstəxanaya yerləşdirilib və qısa müayinədən sonra evə buraxılıb. Onun nəfəs yollarında infeksiya müəyyən olunduğu bildirilir.

“Türkiyə xalqları Baxçalısız siyasi vəziyyətə hazır olmalıdır” ifadəsi də  məhz bu məsələyə aiddir.

Etikxeber.az

Read Previous

Nəriman Həsənzadə prezidentin “Valday” bəyanatına – “YAŞA SƏN!” ADLI ŞEİR HƏSR ETDİ

Read Next

“Təhsilimi 16 yaşım tamam olmamış bitirmişəm, pasportum da yox idi…” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir