Açıq fikirli insanların beyin qatları daha incə olur?!

Beynəlxalq araşdırmalara görə, bizim fərdi xüsusiyyətlərimiz beynin müxtəlif hissələrinin qalınlığı və həcminin fərqli olması ilə əlaqədardır.

Etikxeber.az “bbc.com” saytına istinadla xəbər verir ki, İngiltərə, ABŞ və İtaliya tədqiqatçıları 500 gənc və sağlam könüllü üzərində araşdırma aparıblar. Könüllülər 5 fərdi xüsusiyyəti qiymətləndirmək üçün hazırlanan anketləri doldurublar: nevrotizm (pis əhval ruhiyyəlilik), ekstraversiya (həvəslilik), açıqlıq (açıq fikirlilik), xoşluq (ixtilafsızlıq) və vicdanlılıq. Nəticədə müxtəlif xüsusiyyətlərin beynin xarici təbəqəsinin qalınlığı və ümumi həcmindəki fərqlərlə bağlı olduğu aşkarlanıb. Belə ki, beyni daha qalın və daha az büzüşmüş xarici təbəqələrə sahib olanlar daha nevrotik tendensiyalar göstəriblər. Açıq fikirli insanların beyin qatlarının daha incə olması üzə çıxıb.

Alimlər nəticələrin doğruluğunu yoxlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildiriblər. Bu tədqiqatlar vasitəsilə gələcəkdə əqli sağlamlıq haqqında daha dolğun məlumat əldə etməyin mümkün olduğunu qeyd ediblər.

Etikxeber.az

Read Previous

Yanvarın 31-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Read Next

“İş yerinə dair arayış” e-xidmətinə müraciətlər ötən il 10,3 faiz artıb – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir