Açıq havada maska taxmaq tələbi ləğv-YERÜSTÜ VƏ HAVA NƏQLİYYATI İLƏ SƏRNİŞİNDAŞIMA BƏRPA OLUNDU…

Bu gündən Azərbaycanda açıq havada maska taxmaq tələbi ləğv olunub.

Etikxeber.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən, 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilib.

Qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə maska tələbi aradan qaldırılır.

Qapalı bazarlarda insanlar sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməlidir.

Eyni zamanda, bu gündən ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa olunub.

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən, 2021-ci il 31 may saat 06:00-dan ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa olunacaq.

Etikxeber.az

Read Previous

Bakı Metropolitenində sərnişindaşıma-BƏRPA EDİLDİ

Read Next

“Tarix çox ədalətlidir-haqsız alibi sonda mütləq mühakimə edirlər!”-ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir