Acizlik-RƏŞAD MƏCİD YAZDI

Son günlərin ağır depressiyası, psixoloji gərginliyi təkcə karantin rejiminin sıxıntısı, koronavirus təhlükəsi, qorxunc xəstəliyə tutulmaq ehtimalının yaratdığı xofla bağlı deyil.

Əsas depressiya insanın özünü heç olmayan qədər aciz hiss etməsindən qaynaqlanır.

Bu vaxtacan bəşər övladında belə bir əminlik vardı ki, insan zəkası, onun ortaya çıxardığı texnologiyalar hər şeyə qadirdir.

İndi isə mücərrəd, çox amansız hesab olunan bir virus bu əminliyə qatı kölgə saldı.

İnsanın əslində aciz məxluq olduğu, hər şeyə rəğmən öz ilkin zəifliyindən çox da uzaqlaşmadığı qənaəti yaratdı.

Bu barədə əvvəldən də olan düşüncələrin həqiqilik payı xeyli çoxaldı. İndiki ağır depressiv ovqatın əsas mənbəyi, özəyi də elə budur.

Rəşad MƏCİD,

“525-ci qəzet”-in baş redaktoru

Etikxeber.az

Read Previous

Karantinin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi-DYP AÇIQLADI

Read Next

“Daha 30 ailənin qapısını döyəcəyik, heç kimi fərqləndirə bilmərik…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir