Adam, çox ciddi adam…

Mediada belə bir informasiya oxudum ki, Tramp – təbliğat dövründə ona dəstək verən bütün iş adamlarını vəzifə ilə mükafatlandırır. Doğrudur. Amma unutmayın ki, yeni Prezidentin ən böyük tənqidçiləri arasında da “müşavir” və digər postlara təyinat alanlar var. Yəni, söhbət sadəcə dəstək söhbəti deyil, həm də lazımlılıq söhbətidir.

Trampın 12 il bundan öncə Los Ancelsdə söylədiyi nitqindən sitat: “İş həyatında da, siyasətdə də ilk göstərici, ilk əmsal faydalılıqdır. Qarşındakı adam çox sədaqətli ola bilər. Amma dövlət və böyük biznes idarəçiliyində “sədaqət” anlayışı tək halı ilə keçərli deyil. Yəni, sədaqətlinin də ağıllısı lazım. Və əgər nə zamansa mən ağıllı tənqidçi ilə ağılsız təəssübkeş arasında qalsaydım, birincini seçərdim…”

Donald fərqindədir ki, bu gün Rusiya başda olmaqla Qərbin hədəf aldığı bir çox ölkələrin çökməmə, hələ də öz ayağı üstdə durma səbəbi onların iqtisadi komandalarıdır. Bu səbəbdən diplomatiya və s kimi məsələlərdə (kadr mövzusunda) güzəştə getsə də yeni iqtisadi blokun formalaşması zamanı bunu etmədi. Tam da haqlı olaraq!

Zatən, diplomatiya bu gün siyasətin, idarəçiliyin ridumentinə çevrilib. İqtisadi güc bütün komponentləri üstələyib. Tramp da gözəl anlayır ki, əgər bir insan tək canı ilə yaratdığı şirkətin illik dövriyyəsini milyardlar həcminə qaldırmağı bacarıbsa, demək bu faydanın min qatını da məmur kimi dövləti üçün verə bilər. Təbii, fürsət tanınsa. Ayrıca, Donaldın özü də ciddi biznesmendir. Yəni, zərin qiymətini verəcək zərgərdir. Ona görə, bütün ağıllıları, “beyin”ləri yığıb ətrafına.

Əlqərəz, amerikanları son seçiminə görə qətiyyən qınamayın.
Trampın ağlı və zəkası onun dəli-doluluğunun da, çılğınlığının da üstündədir…

Adam, çox ciddi adam…

Elşən Musayev, 

Millət vəkili

Read Previous

Asiya və Avropa qitələrini dənizin altından avtomobil yolu ilə birləşdirəcək Avrasiya Tuneli istifadəyə veriləcək

Read Next

Sınaq imtahanları keçirmək üçün maddi imkanımız yoxdur – ABBASZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir