Adaş olan xanım millət vəkillərinin soyadları səhv salındı, aləm bir-birinə dəydi-VƏ YA JALƏ ƏLİYEVADAN NÖVBƏTİ TƏKZİB…

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında, həmin komitənin üzvü, həmkarım və adaşım Jalə Əhmədova sosial şəbəkələrlə bağlı təklif irəli sürüb. Hörmətli həmkarımın fikirlərini mənim təklifim kimi oxuculara təqdim edən media qurumlarından açıqlamalarına düzəliş etmələrini xahiş edir, daha məsuliyyətli və diqqətli olmalarını tövsiyə edirəm.

Etikxeber.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında millət vəkili, professor Jalə Əliyeva qeyd edib.

Elə bu yerdə qeyd edək ki, bu gün bəzi media quruluşlarında gedən məlumatlarda millət vəkili Jalə Əhmədovanın soyadı səhvən Əliyeva kimi gedib və bu da nəticədə sosial şəbəklərlə bağlı səslənmiş məlum fikirlərin Jalə Əliyevaya aid, məxsus olması kimi tirajlanıb, belə bir görüntünün yaranmasına gətirib çıxarıb.

Amma əslində məsələ tam əksinə, yəni, sosial şəbəklərlə bağlı Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin bugünki komitə iclasında səslənən fikirlərin müəllifi deputat Jalə Əhmədova olub.

Sosial şəbəkə hesabındakı paylaşımında isə J. Əliyeva daha sonra bunları qeyd edib.

“Müraciətimizdən sonra bir çox saytlar xəbərə düzəliş ediblər. Bunu da diqqətlərinə çatdırıram ki, mən üstəlik həmin komitənin üzvü də deyiləm”.

Bir daha xatırladaq ki, J. Əliyeva MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, həmçinin, Əmək və sosial siyasət komitəsinin sıravi üzvüdür.

Etikxeber.az

Read Previous

“Prezidentin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətində daha böyük uğurlar qazanılması günümüzün reallığıdır…”-MİLLƏT VƏKİLİ YAZIR

Read Next

Anar Ələkbərov Ramiz Mehdiyev və Elton Məmmədovla-BİR ARADA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir