“Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaq”-ALLAHŞÜKÜR PAŞAZADƏ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Ramazan ayının aprel ayının 3-də başlayacağını iddia edənlərə cavab verib.

Etikxeber.az-ın xəbərinə görə, Allahşükür Paşazadə bildirib ki, QMİ Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilib.

Onun sözlərinə görə, bəzi insanlar bunu birmənalı qarşılamayıb, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər.

“Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxladıq. Kamal Hüseynov bildirdi ki, Azərbaycan üfüqündə 1 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğub. Həmin gün 19.04-də Günəş batıb, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batıb. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilib.

Bu gün isə Günəş 19.05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec, 20.23-də batacaq. Hilalın işıqlanması 2% olacaq. Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaq. Beləliklə QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm”– deyə, QMİ sədri qeyd edib.

Etikxeber.az

Read Previous

40 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə-MÜRACİƏT OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir