Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah, sentyabrın 21-də Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı parlamentin daha bir-Gənclər və idman komitəsinin ilk iclası keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə, saat 11:00-da başlayacaq iclasa vitse-spiker, adıçəkilən komitənin rəhbəri Adil Əliyev sədrlik edəcək.
İclasda komitənin yaz və növbədənkənar sessiylardakı fəaliyyəti ilə bağlı hesabatı, həmçinin, payız sessiyası ilə əlaqədar qanunvericilik işləri planı müzakirə ediləcək və təsdiqlənəcək.
İclasda cari məsələlər ətrafında da müzakirələr gözlənilir.
Qeyd edək ki, sözügedən komitənin üzvləri bunlardır:
Adil Abış oğlu Əliyev – Sədr
Şahin Əmir oğlu İsmayılov – Sədr müavini
Mahir Tapdıq oğlu Abbaszadə
Elnur Marat oğlu Allahverdiyev
Müşfiq Cəfər oğlu Cəfərov
Jalə Fərhad qızı Əhmədova
Etibar Qasım oğlu Əliyev
Ramil Sahib oğlu Həsən
Sevinc Əmirəhməd qızı Hüseynova
Vüqar Yapon oğlu İskəndərov
Cəbi Hüseyn oğlu Quliyev
Ülvi Zahid oğlu Quliyev
Könül Oruc qızı Nurullayeva
Cavid Həmid oğlu Osmanov
Şahin Kamil oğlu Seyidzadə
Eldəniz Adil oğlu Səlimov
Həmçinin, qeyd edək ki, A. Əliyev 6-cı çağırış MM dövründə (mart ayında) həm komitə sədri, həm də vitse-spiker seçilib.

Etikxeber.az