Adil Əliyevdən Xoşqədəm Baxşəliyevaya dəstək

“Bütün dostlarımın fikirlərinə hörmətlə yanaşıram, xahiş edirəm yanlış fikirləşməyin.Dünyanın hər bir yerində bu kimi hallar baş verir. Mən deyərdim ki, yayımlanan məlum video ilə bağlı lazımsız hay-küylər yalnız ucuz şou axtarmağa xidmət edir. Hesab edirəm ki, həmin verilişin cəmiyyət üçün müsbət tərəflərini qabartmaq və gündəmə gətirmək lazımdır”.

Etikxeber.az  xəbər verir ki, bunu millət vəkil Adil Əliyev öz “Facebook” statusunda yazıb.

“Gördüyünüz kimi, məlum videodakı insanın, yeriməyində və hərəkətində problemlər var.Həmin verilişdə illərlə ayrı düşən insan taleləri birləşdi. Valideynlər uzun illər üzünü görmədikləri övladlarına qovuşdular. Eynilə, bacı qardaşını tapdı.

Narahatçılıq yaradan məqam isə odur ki, daxildəki video görüntülər yad insanların əlinə necə düşüb?.. Bax, bunu müzakirə etməyə dəyər”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Mehdiyevə yeni vəzifə verildi – Dövlət Komissiyasına sədr təyin olundu

Read Next

“Yenədəmi öz cinayətlərinə Azərbaycan tərəfini şərik etmək istəyəcək?” – MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir