Həm bacısının, həm də qardaşının oğlu Onun adını daşıyır…3 medallı, subay, Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi-ADİL NAMİQ OĞLU HÜSEYNOV…-FOTOLAR – YENİLƏNİB

Adil Namiq oğlu Hüseynov…

Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən, Nur üzlülərimizdən, Vətən sevdalılarımızdan biri…

Cəmi 25 yaşında canını Vətəni, Qarabağı uğrunda fəda edən İgid, Qəhrəman Azərbaycan övladı…

Adil Hüseynov 1995-ci ilin 30 may tarixində Bərdə rayonunun Körpüqıran kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri olub…

Uşaq vaxtlarından vətənpərvərliyi, torpağına, elinə, Qarabağına, Vətəninə bağlılığı ilə seçilib, fərqlənib…

Doğma Qarabağının, Vətən torpaqlarının işğaldan, yağı tapdağından azad olunması ən böyük arzusu olub…

Orta məktəbi bitirdikdən,Əsgərliyini başa vurduqdan sonra Bərdə rayon Gigiyena və Epidemiologiya Mərkəzi işləməyə başlayıb…

İşlədiyi kollektivdə də böyük hörmət-izzət sahibi olub, hər kəsin hörmətini, sayğısını qazanıb…

2020-ci ilin 21 sentyabr tarixində isə könüllü olaraq, hərbi səfərbərliyə cəlb olunub…

Və 6 gün sonra bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinə qatılıb…

Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşüb və oktyabr ayının 17-də Suqovuşanda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi oktyabrın 21-də Körpüqıran kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Adil həm də Körpüqıranın yeganə İkinci Vətən Müharibəsi Şəhidi olub…

Şəhidliyindən sonra 3 medalla təltif olunub…

25 yaşı olmasına baxmayaraq, Adil həm də subay olub…

Şəhidliyindən sonra həm bacısının, həm də qardaşının övladına-oğluna Onun adı verilib…

Hazırda həm tək bacısının, həm də tək qardaşının oğlu Adilin-Adil Hüseynovun adını daşıyır, adını yaşadır…

Torpağı sanı yaşasınlar, ruhu köməkləri olsun!

***

Bu gün günorta saatlarında Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin anası Mehrarə xanım və ailə üzvləri ilə birlikdə Şəhidimizin-Adil Hüseynovun ailəsini, ocağını ziyarət etdik…

Ailəsinə, anası Adilə xanıma Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Ruhu qarşısında baş əydiyimizi dilə gətirdik…

Sonra Şəhidimizin anası ilə söhbətləşdik, dərdləşdik…

Eyni zamanda, Şəhidimizin anası Adilə xanıma-Adilə Hüseynovaya Qubalı Şəhid anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdik…

Şəhidimizin ailəsini, ocağını ziyarətimiz təxminən bir saat çəkdi…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOv)

Etikxeber.az

Read Previous

Şəhid bacısı və Şəhid anası-BƏRDƏ MÜALİCƏ DİAQNOSTİKA MƏRKƏZİNİN KOLLEKTİVİNƏ NİYƏ MİNNƏTDARLIQ ETDİLƏR? – FOTOLAR

Read Next

“Azərbaycan Ermənistanın qanunsuz hərəkətlərinin qarşısını almaqla öz suveren ərazilərində qayda və nizamı bərqərar edir”-XİN-DƏN PAŞİNYANA CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir