Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Üç il öncə-21 oktyabr tarixində Əbədiyyətə uğurlanan İkinci Vətən Müharibəsi Şəhidlərindən biri də Bərdəli Adil Namiq oğlu Hüseynovdur.
Bu gün Adil Hüseynovun üçüncü ildönümü, Anım Günüdür.
Etikxeber.az xəbər verir ki, Adil Hüseynov 1995-ci ilin 30 may tarixində Bərdə rayonunun Körpüqıran kəndində sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri olub…
Orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra Bərdə rayon Gigiyena və Epidemiologiya Mərkəzi işləməyə başlayıb…
2020-ci ilin 21 sentyabr tarixində isə könüllü olaraq, hərbi səfərbərliyə cəlb olunub və 6 gün sonra İkinci Vətən Müharibəsinə qatılıb…
Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşüb və oktyabr ayının 17-də Suqovuşanda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi oktyabrın 21-də Körpüqıran kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Adil həm də Körpüqıranın yeganə İkinci Vətən Müharibəsi Şəhidi olub…
Şəhidliyindən sonra 3 medalla təltif olunub…
Adil həm də subay olub…
Şəhidliyindən sonra həm bacısının, həm də qardaşının övladına Onun adı verilib…
Ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




