Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bir neçə gündən sonra sosial evlər almaq üçün qeydiyyat başlayacaq. Bununla bağlı bizim mərkəzə daxil olan müraciətlərin də sayı da artır. Son günlər bizə ünvanlanan, amma statuslarımda toxunmadığımız bəzi məsələlərə aydınlıq gətirmək istərdim”.
Etikxeber.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov öz “Facebook” statusunda qeyd edib.
Sual-cavab formasında olan statusu olduğu kimi, təqdim edirik:
-Hazırda mənzil sahibi olanlar sosial ev ala bilərmi?
– Mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar sosial mənzilə müraciət edə bilərlər.
-Kredit borcu olanlar sosial mənzil ala bilərlərmi?
– Kreditin olması sosial mənzilə müraciəti məhdudlaşdırmır. Krediti olanlar sosial mənzil ala bilərlər. Sadəcə, bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır və əgər müraciətçinin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə, o zaman bu, mümkündür.
-Müraciətlər neçə mərhələli olacaq?
– Müraciət sistemi 2 mərhələli olacaq. Mayın 1-dən başlanan 1-ci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə tez müraciətə daha tez baxılacaq.
– Mayın 1-dək qeydiyyatdan keçmək mümkündürmü?
-Mayın 1-dək qeydiyyatdan keçmək mümkün deyil. Bununla belə, Bakıda 1,3 və 5 saylı ASAN Xidmətlərdə və eləcə də Sumqayıt ASAN Xidmətdə artıq sosial evlər ilə bağlı bütün suallara aydınlıq gətirilir. Sosial ev almaq istəyənlər sözügedən xidmətlərə müraciət edə bilərlər.
Etikxeber.az