“Adına torpaq olan şəxslər yardımdan kənarda qalır, bu məsələyə təkrar baxılmalıdır…”-BƏHRUZ MƏHƏRRƏMOV MM-DƏN SƏSLƏNDİ

Bizdə daha çox qayğıya ehtiyacı olan insanlar günəmuzd işləyənlərdir.

Etikxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən millət vəkili Bəhruz Məhərrəmov deyib.

Millət vəkili bildirib ki, həmin şəxslər həm öz günahları, həm də bəzi qurumlarının günahı üzündən işsiz kimi də heç yerdə qeydiyyatda deyillər.

“Bu gün həmin insanlar yardımdan kənarda qalır. Həmin yardım gündəlik 5-10 manat qazanan insan üçün çox vacibdir. Eyni zamanda, adına torpaq olan şəxslər də bu yardımdan kənarda qalır. Bu məsələyə də təkrar baxılmalıdır”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bəzi müəlliflərin dərslik hazırlanmasına gəlir və biznes sahəsi kimi baxmasına son verməlidir…”-MUSA QASIMLI

Read Next

“Bu gün pandemiya kölgə iqtisadiyyatını üzə çıxarır…”-MM-İN KOMİTƏ SƏDRİ – ZAHİD ORUC, QƏNİRƏ PAŞAYEVA VƏ ANAR İSGƏNDƏROVDAN ÖNƏMLİ FİKİRLƏR VƏ TƏKLİFLƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir