Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hərə tarixə adını, ismini, soyadını bir cür yazdırır, həkk etdirir…
Kimisi Vətən sevdalısı, Vətən fədaisi, İgid, Qəhrəman kimi, kimisi də mal-mülk, şan-şöhrət, sərvət…düşkünü kimi…
Və hər kəs tarixdə, həyatda-yaşasa da, yaşamasa da…öz adı, soyadı ilə çağrılır, anılır…
Tarixə Vətən sevdalısı, Vətən fədaisi kimi adını qızıl hərflərlə yazdıran, həkk etdirən Oğullardan, İgidlərdən, Qəhrəmanlardan, Cəsurlardan, Qorxmazlardan biri də Beyləqanlı Antiterror Şəhidi Həmid Həmidlidir…
O Həmid Həmidli ki, Vətənini, Torpağını, Qarabağını anasından, ailəsindən, Vətənə əmanət qalan iki övladından üstün tutdu…
O Həmid Həmidli ki, gözlərini qıpmadan, bir an belə tərəddüd etmədən Vətən yolunda Şəhidliyi, Şəhadəti seçdi…
O Həmid Həmidli ki, arxasından ağlayacaq, göz yaşları axıdacaq…insanları düşünməyərək, canını cəmi 27 yaşında Vətəninə qurban, fəda etdi…
Qeyd edim ki, Həmid Əlisahib oğlu Həmidli 28 iyul 1996-cı ildə Beyləqan rayonunun Milabad kəndində dünyaya gəlib…
Ailənin iki övladından biri, evin tək oğlu və tək bacının tək qardaşı olub…
2002-2010-cu illərdə Cəbrayıl rayonu 21 saylı ümumi orta məktəbdə oxuyub…
2010-2013-cü illərdə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib…
2013-2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb…
Ali hərbi təhsilli-peşəkar hərbçi olub…
Sonra Kapitan hərbi rütbəsinəcən yüksəlib…
2017-ci ildə Leytenant hərbi rütbəsini alaraq təyinatı üzrə N saylı hərbi hissədə tank taqım komandiri, 6 ay sonra xidmətdə fərqləndiyinə görə tank bölüyünün komandiri vəzifəsinə təyin olunub…
2019-cu ildə Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarışda onun bölüyü l yerə layiq görülüb…
Bir Vətən sevdalısı, bir peşəkar hərbçi kimi 2020-ci il 12 iyul tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində başlayan döyüşlərdə iştirak edib…
İkinci Qarabağ Müharibəsi zamanı isə ilk gündən, ilk saniyələrdən döyüşlərə atılıb, Vətənin müdafiəsində dayanıb…
Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, bir sıra qəhrəmanlıqlara imza atıb…
Hətta 8 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə yaralanıb…
Amma yenə də döyüş, hərb yoluna davam edib…
Və 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına Şəhid olub…
Nəşi 20-si sentyabr tarixində Milabad kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən öncə Azərbaycan Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Şücaətə görə”, “İgidliyə görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medallarına, Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalına və “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb…
O, həm də ailəli idi…
İki övladı yadigar, Vətəninə, ailəsinə əmanət qalıb.
***
Onu da qeyd edim ki, bugünlərdə Şəhidimizin ailəsi, anası Könül xanımla digər Antiterror Şəhidi Hüseyn Nəsibovun atası Əfsan Nəsibovun vasitəsi ilə tanışlığımız yarandı…
Şəhidimizin Anasına, ailəsinə Allahdan səbr və dözüm arzuladım, “Şəhidimizin ruhu şad olsun!” dedim, ruhu qarşısında baş əydiyimi bildirdim…
Və söz verdim ki, çox yaxın günlərdə gəlib onları da Şəhidimizin ocağında ziyarət edəcəyəm!
Allah bir daha səbr və dözmlərini versin!
Allah bir daha Şəhidimizin məkanını cənnətlik, məqamını Uca etsin!
Nur içində yatsın, Nur üzlümüz!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az