AFFA-nın yeni baş katibi-SƏRXAN HACIYEV OLDU…

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Etikxeber.az məlumat verir ki, müzakirələrdən sonra bəzi qərarlar qəbul olunub.

Qurumun 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və AVRO-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunub.

O, bu postda icraçı vitse-prezident Elxan Məmmədovu əvəz edib.

Etikxeber.az

Read Previous

Ərdoğan növbəti dəfə-ZELENSKİ İLƏ DANIŞDI…

Read Next

Yol polisindən Novruz bayramı ilə əlaqədar sürücülərə-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir