Ağdam sakini minaya düşərək-HƏLAK OLDU – YENİLƏNİB

Ağdamda 41 yaşlı kişi minaya düşərək ölüb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb

Kənd sakini, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb.

Nəticədə o, hadisə yerində həlak olub.

***

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Etikxeber.az

Read Previous

“Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”-XİN-DƏN PAŞİNYANA CAVAB

Read Next

Daha 1072 yeni yoluxma-DAHA 26 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir