“Ağdam yaxın gələcəkdə 100 mindən çox əhali ilə ölkənin dördüncü böyük şəhəri olacaq”-BƏHRUZ MƏHƏRRƏMOV

Ağdam rayonu Birinci Qarabağ savaşında Azərbaycanın ən çox itki verdiyi məntəqələrdən biri olub.

Ağdamın Qarabağın əsas qapısı olmasını düşmən də çox gözəl dərk etdiyi üçün 30 illik işğal dönəmində ermənilərin əsas müdafiə istehkamlarından biri məhz bu ərazidə yaradılmışdı.

Təbii ki,  44 günlük savaş göstərdi ki, yenilməz Azərbaycan əskəri üçün erməninin səddi keçilməz ola bilməz, lakin, etiraf etməliyik ki, Ağdamın döyüş yolu ilə azad edilməsi çoxsaylı şəhid  və yaralıya mayil olacaqdı.

Düşmən də reallığı anlayaraq bu amili özünün üstünlüyü kimi qəbul edirdi.

Lakin Azərbaycan ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını tam, Laçının və Kəlbəcərin isə bəzi kəndlərini, ən əsası isə tarix yazaraq Şuşanı azad etməsi İrəvanı çıxılmaz duruma saldı.

Azərbaycan əskəri həm şərq, həm qərb həm də cənubdan strateji mövqelərə sahib olmaqla Ağdamı üzərinə əməliyyat şəraitinə nəzarəti ələ aldı.

Bununla da cənab İlham Əliyevin müstəsna strategiyası yalnız şərqdən müdafiəyə hesablanmış Ağdam istehkamlarını erməni ordusunun özü üçün təhlükəyə çevirdi.

Beləliklə 1993-cü ilə işğal zamanı 6 mindən çox şəhidin həyatını,  5 minə yaxın insanın sağlamlığını itirdiyi Ağdam, düzgün hərbi-siyasi strategiyanın məntiqi yekunu olaraq bir güllə atmadan geri alındı.

Daha doğrusu prezident İlham Əliyevin qətiyyəti və ordunun gücü hesabına erməni Ağdamı rüsvayçı formada boşaltmağı kapituliyasiyanın şərtlərindən biri kimi qəbul etməyə məcbur oldu.

Bu mənada Ağdamın azad olunması yalnız hərbi qələbə yox yox, həm də böyük siyasi nailiyyət kimi qiymətləndirilməlidir.

Bu gün Ağdamda böyük quruculuq bərpa işləri başlanmış, şəhərin Cənubi Qafqazın ən müasir yaşayış məskənlərindən birinə çevrilməsi istiqamətində iş başlanmışdır.

İlkin proqnozlar göstərir ki, Ağdam yaxın gələcəkdə 100 mindən çox əhali ilə ölkənin dördüncü böyük şəhəri olacaq.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Şamaxıda zəlzələ zamanı insan tələfatı və ya xəsarəti ilə nəticələnən hər hansı hadisə qeydə alınmayıb-DİN-DƏN AÇIQLAMA

Read Next

Zəfər salnaməmizin qızıl hərflərlə yazılan şanlı səhifələri-MƏLAHƏT İBRAHİMQIZI YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir