Ağdamda partlayışda həlak olan əsgər-DƏFN OLUNDU – FOTOLAR

Fevralın 4-də Ağdam rayonu ərazisində partlayışda həlak olmuş əsgər dəfn olunub.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, 2001-ci il təvəllüdlü Zeynalov Qubad İslam oğlu doğulduğu Hacıqabul rayonunda bu gün torpağa tapşırılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda bildirilir ki, fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib. Hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub, digər iki hərbi qulluqçu Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

İki oğlunun müharibədə itkin düşdüyünü iddia edən qadını ictimailəşdirənə-XƏBƏRDARLIQ EDİLDİ…

Read Next

“Zəfər muzeyi 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığı, birliyi əbədiləşdirən möhtəşəm kompleks, xalqımızın qəhrəmanlıq irsini və qazanılmış Qələbəni müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olacaq”-ANAR KƏRİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir