Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünən “Qarabağ” futbol klubunun qələbəsi bizi sevindirdi.
Etikxeber.az xəbər verir ki, bunu parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında deyib.
Təklif edib ki, Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin.
“Ağdamda tikiləcək stadiona bizə bu sevinci yaşadan klubun baş məşqçisi Qurban Qurbanovun adının verilməsini təklif edirəm. Dünya təcrübəsində də bu kimi halla müşahidə etmişik. Məsələn, Şenol Güneş adına bu addım atılıb. Qurban Qurbanov illər sonra yerli klubu Avropa platformasına çıxardı, uğurlu nəticə göstərdi. Biz də onun üçün bu addımı ata bilərik”-deyə, o, əlavə edib.
Etikxeber.az