Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb.
Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
***
Ağdamda minaya düşənlərin sağlıq durumu açıqlanıb.
Bu barədə isə mətbuata TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1983-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsə isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib.
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
***
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə qəsdən mane olan Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb.
Bu barədə də XİN-nin X hesabında paylaşım edilib.
Qeyd olunub ki, bu gün növbəti mina partlayışları nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla, 4 Azərbaycan vətəndaşı ağır xəsarət alıb:
“2020-ci il müharibəsi başlayandan bəri mina partlayışları nəticəsində 392 nəfər ölüb və ya yaralanıb. Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə səylərinə qəsdən mane olmasına, günahsız insanların həyatını təhlükə altına atmağa davam etməsinə, münaqişədən sonrakı bərpaya mane olan genişmiqyaslı minalarla çirklənməyə görə Ermənistanı məsuliyyətə cəlb etməyə çağırırıq”.
Etikxeber.az