Ağdamda və Goranboyda növbəti-ERMƏNİ VƏHŞİLİKLƏRİ…-FOTOLAR – YENİLƏNİB

Ermənistan ordusunun atdığı top mərmisi Ağdamın Gül Baharlı kənd tam orta məktəbinə və rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinə ziyan vurub.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, Gül Baharlı kənd sakini Məzahir İsmayılovun evinə, Rəşid Vəliyevin evinə və yardımçı tikilisinə də mərmi düşüb. 

***

Ötən gün axşam saatlarından Ermənistan ordusu Goranboy rayonunun Tapqaraqoyunlu kəndini də iriçaplı silahlardan atəşə tutmağa başlayıb. 

Nnəticədə kənd sakinləri Binnətov Bayram və Qarayeva Səbinəyə məxsus evlərə mərmi düşüb.

Hər iki evə ciddi ziyan dəyib.

Ev sahibləri həmin vaxt evdə olmadığından xəsarət alan və ölən olmayıb. 


Etikxeber.az

Read Previous

Ermənilərin atdığı mərmi Tərtər avtovağzalına düşüb-BİR NƏFƏR HƏLAK OLUB – RƏSMİ

Read Next

Ermənistanın təxribatı nəticəsində mülki əhalidən 55 nəfər yaralanıb, 16 nəfər həlak olub-RESPUBLİKA PROKURORLUĞU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir