“Ağdamın Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur…”-MN İŞĞALÇIYA XƏBƏRDARLIQ ETDİ – DÜŞMƏN ŞƏMKİRİN, BƏRDƏNİN KƏNDİNİ VƏ TƏRTƏRİ ATƏŞƏ TUTUR – YENİLƏNİB – (2)

Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin (MN) məlumatında deyilir.

Qeyd olunur ki, mülki əhali arasında ölən və yaralananlar var.

“Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək”-deyə, sonra qeyd edilir.

10:17

***

Düşmən Ermənistan ərazisindən Şəmkirin Sabirkənd, işğal olunmuş ərazilərimizdən isə Ağdamın Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutur.

Bu barədə də MN-dən məlumat verilib.

12:42

***

Ermənistan silahlı qüvvələri Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutur.

Bu haqda da MN məlumat verib.

12:57

***

Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutur.

Bu barədə MN-dən bildirilib.

Etikxeber.az

Etikxeber.az.

Read Previous

Daha 144 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

“Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb…Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir…”-PREZİDENTİN KÖMƏKÇİSİ ADEKVAT CAVAB TƏDBİRLƏRİNİN GÖRÜLƏCƏYİNİ BƏYAN ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir