Ağdamlı İkinci Vətən Müharibəsi Şəhidi, bir övladı Vətənə əmanət qalan Xalid Hassanın Cənnətdəki beşinci doğum günü ilə bağlı-BAKI ŞƏHƏRİNDƏ MƏCLİS DÜZƏNLƏNDİ, EYNİ ZAMANDA, ŞƏHİD AİLƏLƏRİNƏ HƏDİYYƏLƏR TƏQDİM EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xalid Hassanın doğum günüdür.

Xalid Hassanın bu gün-26 yanvar 2025-ci il tarixində 30 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün Bakı şəhərində yerləşən “Kənan” mərasim evində məclis (tədbir) düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bu yerdə qeyd edək ki, məclis (tədbir) həm də Şəhid Elmir Əliyevin doğması, “Həsrəti bitirənlər” lahiyəsinin rəhbəri Zümrüd Nəbiyeva tərəfindən düzənlənib.

Məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Çıxışlarda Şəhidin cəmi 25 illik qısa və şərəfli ömür yolundan söz açılıb, İgidliyi və Qəhrəmanlığından bəhs edilib.

Ailəsinə-anası Maya Quliyevaya Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Məclisdə həmçinin, Zümrüd Nəbiyeva tərəfindən Şəhid ailələrinə üzərində “Xarıbülbül” Şəhidlərin şəkilləri həkk olunmuş hədiyyələr təqdim olunub.

Qeyd edək ki, məclisdə Şəhid Xalid Hassanın anası və doğmaları, Bakı şəhərindən, Qobustan, Şabran və Ağdam rayonlarından olan Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar və digər şəxslər iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, Xalid Hassan 1995-ci ilin yanvar ayının 26-da dünyaya gəlib.

 Ailədə iki iki övlad, iki qardaş olublar.

Xalid Hassan orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra işləyib, çalışıb.

İkinci Vətən Müharibəsində isə könüllü olaraq iştirak edib.

25 yaşında, müharibənin sonlarına yaxın Şəhidlik məqamına ucalan Xalid Hassanın nəşi 7 noyabr tarixində Ağdam-Quzanlı qəsəbə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Ailəsi isə Xalid Hassanın həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Xalid Hassan həm də ailəli olub.

Bir övladı, Məryəm adlı qızı Vətənə əmanət qalıb.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 30 yaşı mübarək olsun!

Nur içində yatsın!

15:45

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin üç oğlan övladından biri, Qazi qardaşı-AĞDAMLI BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ CEYHUN KƏRİMOVUN ANIM GÜNÜDÜR, BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 32 İL KEÇİR… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

25 il öncə Şəhadətə qovuşan, Şəhidliyindən 11 il sonra isə tək qardaşı dünyasını dəyişən-İLQAR ƏHMƏDOVUN ANIM GÜNÜNDƏ SUMQAYIT ŞƏHƏRİNDƏ MƏCLİS DÜZƏNLƏNDİ, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN BƏHS OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir