Ağdamlı İkinci Vətən Müharibəsi Şəhidi Rövşən Mehdiyevin anası Ətlas Mehdiyevaya-“VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU – FOTOLAR

Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rövşən Mehdi oğlu Mehdiyevin anasına “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Etikxeber.az xəbər ki, Ağdam rayonunun Təzəkənd kəndinin İkinci Vətən Müharibəsi Şəhidi Rövşən Mehdiyevin anası Ətlas Qara qızı Mehdiyevaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Medal və vəsiqəni Şəhidin anasına jurmalist Kamil Həmzəoğlu təqdim edib.

Şəhid anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Rövşən Mehdiyev 2000-ci ilin fevralın 21-də dünyaya gəlib.

Rövşən ailənin dörd övladından biri olub.

Ailəsi Ağdamın işğal altındakı Suma kəndindən və bu səbəbdən də məcburi köçkün olduğu üçün Bərdə rayonuna pənah gətirib, “Türk Qızıl Ay” çadır (qaçqın) şəhərciyində yaşayıb.

2007-2018-ci illərdə Ağdamın Təzəkənd 106 saylı köçkün tam orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra, 2018-ci ildə hərbi xidmətə çağırılıb və Vətənin keşiyində dayanıb.

Hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinin yanına dönüb və bir müddət sonra yenidən həyatını ordu, hərbi ilə bağlamağa qərar verib.

Kursa yazılıb, kursu müvəffəqiyyətlə başa vurub və MAXE kimi xidmətə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də MAXE kimi döyüşlərdə olub və 2020-ci ilin oktyabrın 24-də Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, oktyabrın 25-də Quzanlıda-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rövşən həm də subay olub.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 43 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Read Next

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digər rəsmi şəxslərlə mövqelərinin uyğunlaşdırılmasını xarici işlər nazirinə tövsiyə edərdik”-AZƏRBAYCAN XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir