Ağdamlı Şəhid Samir Fərzəliyevin Cənnətdəki yubiley doğum günü: 25 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, ÜÇOĞLANDA ADINA VERİLMİŞ SİNİF OTAĞININ AÇILIŞI OLDU, MƏRASİM KEÇİRİLDİ…-FOTOLAR- YENİLƏNİB – (5)

Bu gün Ağdamın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Samir Vaqif oğlu Fərzəliyevin ad günüdür.

Onun 25 yaşı tamam olur və bu, Samir Fərzəliyevin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Samir Fərzəliyev 1996-cı ilin dekabr ayının 8-də Ağdam rayonunun Quzanlı kəndində sadə bir ailədə anadan olub.

2002-2011-ci illərdə Quzanlıda orta məktəbdə təhsil alıb.

2015-ci ilin aprelində Vətənə xidmət borcunu yerinə yetirmək üçün əsgərliyə yollanıb və bir il 6 aydan sonra – 2016-cı ilin oktyabrında Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini başa vuraraq, evinə, ailəsinə dönüb.

2016-2020-ci illərdə müxtəlif sahələrdə çalışıb və 2020-ci ilin avqustunda MAXE kursuna yazılıb və sentyabrın 7-də, İkinci Qarabağ Savaşından cəmi 20 öncə MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

İkinci Vətən Müharibəsinin ilik saniyəsindən, ilk dəqiqələrindən də döyüşlərə atılıb, igidliklər, qəhrəmanlıqlar göstərib və Ağdərə istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

15 oktyabr 2020-ci il tarixində də Ağdam rayonunun Quzanlı kənd qəbiristanlığında, Şəhidlər məzarlığında torpağa tapşırılıb.

Ölümündən sonra medallarla təltif olunub.

Samir evin, ailənin 3 övladından biri, həm də subay olub.

***

Cənnətdəki ikinci ad günü, mövludu ilə bağlı bu gün səhər saatlarında Şəhidin Quzanlı Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, Ağdam və digər bölgələrdən olan Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Ziyarətdən sonra Üçoğlan kənd orta məktəbində Şəhidin adına verilmiş sinif otağının acılışı olacaq.

Açılışda yenə Şəhidin ailə üzvləri, Şəhid ailələri, məktəbin kollektivi iştirtak edəcək.

Açılışdan sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim keçiriləcək, adına ehsan veriləcək.

Ruhu şad, məkanı cənnətlik, mövludu, Cənnətdəki ikinci ad günü, 25 yaşı mübarək olsun!

Nur içində yatsın!

00:00

***

FOTOLAR:

NUR ÜZLÜ ŞƏHİDİMİZ…

***

MƏZARININ ZİYARƏTİ…

ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…DƏRD VƏ QÜRUR ORTAQLARI…

12:30

AĞDAMIN ÜÇOĞLAN KƏND ORTA MƏKTƏBİNDƏ SAMİR FƏRZƏLİYEVİN ADINA VERİLMİIŞ SİNİF OTAĞININ İZDİHAMLI AÇILIŞI…

13:30

***

VƏ CƏNNƏTDƏKİ DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM, EHSAN SÜFRƏSİ…

13:50

***

Bu gün səhər saatlarında Cənnətdəki ad günü ilə bağlı Şəhidin Quzanlı Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, kənd sakinləri, Mingəçevir, Goranboy, Kürdəmir, Bərdə, Ağcabədi, Ağdam rayonundan olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, məktəblilər və digər şəxslər iştirak ediblər.

Bir saata yaxın davam edən ziyarətdə Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar oxunub, çıxışlar edilib, Şəhidin qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub.

Sonra Ağdamın Üçoğlan kənd orta məktəbində Şəhidin adına verilmiş sinif otağının izdihamlı açılışı olub.

Açılışda çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Şəhid ailəsi də öz növbəsində məktəbin kollektivinə öz minnətdarlığını bildirib.

Sonra Şəhidin yaşadığı evdə Cənnətdəki doğum günü ilə bağlı mərasaim keçirilib.

Mərasimdə də çıxışlar edilib, Şəhidlərə həsr olunmuş mahnılar, İlahilər, səsləndirilib, Şəhidin və cəmi Şəhidlərin ruhlarına bir daha dualar olunub.

14:22

***

ŞƏHİDİN AD GÜNÜ TORTUNUN KƏSİLMƏSİ…VƏ YA SÖZÜN BİTDİYİ YER…

14:41

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qəhrəman oğlu Qəhrəman-MUSA URUD YAZIR – FOTOLAR

Read Next

“15-17 yaşlı narkotik istifadəçilərinin sayı statistikada 9 nəfər olsa da, bu, tam statistikanı əks etdirmir”- SƏHİYYƏ NAZİRLİYİ RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir