Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
11 sentyabr 2024-cü il tarixində-axşam saatlarında Ağdaş rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elvin Eldəniz oğlu Məmmədovun qardaşı Elgün Məmmədovun toy mərasimi olub.
Ailənin üç övladından (hazırda isə iki övladından) biri olan Elgün Məmmədov əslən Şəmkirli Ayşəgül xanımla, Ayşəgül Məmmədova ailə həyatı qurub.
Toy məclisi Ağdaş rayonunun “Səma” şadlıq sarayında baş tutub.
Bəylə gəlin alqış və musiqi sədaları altında toy məclisi olan zala daxil olublar.
Sonra Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Daha sonra təbriklər, çıxışlar başlayıb.
Məclis iştirakçıları, qonaqlar, müxtəlif bölgələrdən gələn, eləcə də Ağdaşın özündən olan Şəhid ailələri, o cümlədən “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin rəhbəri Ülviyyə Vasifqızı, “Odlar yurdu” qrupunun tanınmış üzvü Azər Hüseynov bəylə gəlinin valideynlərinə, xüsusilə, Elgün Məmmədovun ailəsinə-anası Nübar xanıma və atası Eldəniz kişiyə gözaydınlığı verib, yeni cütlüyə xoşbəxtlik və bəxtəvərlik diləyiblər.
Eyni zamanda, bəylə gəlini təbrik ediblər.
Çıxışlardan sonra gözəl mahnılar, musiqilər bir-birini əvəzləyib.
Gözəl rəqslər ifa edilib.
Səidə Dadaşovanın, Rövşən Binəqədilinin ifaları isə məclisə xüsusi bir rəng qatıb.
Məclisin sonlarına yaxın bəyin özü çıxış edib.
O, Şəhid qardaşı ilə Fəxr etdiyini, Qürur duyduğunu bildirib və əlavə edib ki, Elvinlə təkcə qardaş yox, həm də dost, sirdaş olublar.
Eyni zamanda, valideynlərinə minnətdarlıq edib, onların qarşısında baş əydiyini, əllərindən öpdüyünü dilə gətirib.
Və heç şübhəsiz ki, məclisdə ən çox sevinən, şadlanan isə Şəhidin-Elvinin ruhu olub.
Özü cismən iştirak etməsə də, məclisdə dolaşan ruhu ilə qardaşına, onun Yarına xoşbəxtlik, səadət diləyib.
Ruhu həm qardaşının, həm onun Yarının-yeni cütlüyün, həm də ailəsinin köməyi olsun!
Amin!
00:40
***
FOTOLAR:
01:35
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az